Erməni separatçılar Qarabağı tərk edir
Yeniliklərdən dərhal xəbərdar olun
“İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən İrəvana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur”.
Bu fikirləri Qarabağı tərk edən erməni seperatçı Seyran Aqambekyan deyib.
O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib:
“Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd) İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə ölüb. Valideynlərim hələ ki Xankəndidədirlər. Lakin özüm İrəvana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam”.
Qeyd edək ki, bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub. Bu gün məntəqədən növbəti dəfə 80-ə qədər şəxs Ermənistan istiqamətində sərbəst şəkildə keçid edib.
Keçid edənlər arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
#Laçın postu teqi istifadə olunub
- Laçın postu ilə bağlı statistika açıqlandı: Laçın postundan kimlər keçib?
- BMT günahsız insanların ölümünə niyə susur?
- 30 ildən sonra Qarabağa gələn BMT missiyasının "Laçın" postundan keçidi
- Ruben Vardanyan “Laçın” postunda saxlanıldı: Bakıya gətirilir
- Xankəndidəki partlayışın nəticələri: yaralanan ermənilər İrəvana aparılır
