Pleyeri seçin:

Erməni siyasətçi Zəngəzur dəhlizindən danışdı: Ermənistanın düşünməli olduğu məqam

21 oktyabr 2023 364 baxış

“Zəngəzur dəhlizi necə adlandırmağımızdan asılı olmayaraq olacaq. Yol və ya dəhliz adlandırın, fərq etməz. Bunların hamısı texniki məsələlərdir. Onun reallaşması Azərbaycanın təzyiqindən və istəyindən asılı olacaq”.

Bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib. Onun sözlərinə görə, Ermənistan bunu yol, Azərbaycan isə dəhliz adlandıra bilər: “Reallıq isə Azərbaycandan asılıdır. Bununla bağlı strategiyası necə olacaq”.

Azərbaycanın hərbi müdaxilə yolu ilə Zəngəzuru ələ keçirməsi və dəhlizi açması məsələsinə gəldikdə isə A.İsgəndəryan deyib ki, Azərbaycanın təkcə müharibə ilə Ermənistana təzyiq edib dəhlizi açması çox primitiv məsələdir:

“Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı kompleks strategiyası var və ən müxtəlif vasitələrdən istifadə etməklə buna nail olmaq istəyir. Bura diplomatiyadan, xarici güclərdən, iqtisadiyyatdan tutmuş, hərbi-psixoloji təzyiqədək bütün vasitələr daxildir. O baxımdan da burada söhbət təkcə birbaşa hərbi müdaxilədən getmir. Yəni Azərbaycanın Ermənistana təzyiq etməsi üçün kifayət qədər imkanları mövcuddur. Bir daha qeyd edirəm ki, hər şey Azərbaycanın atacağı addımdan asılıdır. Bu da hadisələrin inkişafından asılı olacaq. Çünki Azərbaycanın hədəfinə nail olmaq üçün strategiyası bəllidir. Ermənistanın işi isə proseslərin arxasında gedib reaksiya verməkdir”.

İsrail-Fələstin münaqişəsinin bölgəyə təsiri və Azərbaycanın təzyiq vasitəsi kimi, hərbi əməliyyata əl atmasına gəldikdə erməni politoloq deyib ki, baş verənlərin bölgəyə o qədər də təsir edəcəyini düşünmür:

“Amma bir daha təkrar edirəm ki, Azərbaycan üçün hərbi əməliyyatlara başlamaq texniki məsələdir. Hazır vəziyyətdədir və istənilən vaxt başalaya bilər. Burada hər hansı problem yoxdur. Burada siyasi məqamlar var". 

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 364 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 364 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 364 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 364 baxış
Seçilmişlər
icon