Pleyeri seçin:

Erməni təxribatına qarşı 500-dən çox etiraz məktubu göndərildi

13 iyul 2023 259 baxış

Dünyanın ən böyük şahmat platformalarından biri olan “Lichess” Azərbaycana qarşı təxribata yol verib.

“Oxu.Az”ın məlumatına görə, platformanın qeydiyyat bölməsində ölkə seçimləri arasında Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin adı da yer alıb. Həmin bölməni seçdikdən sonra hesabın qarşısında separatçı rejimin əski parçasının simvolu avtomatik əks olunur.

Məsələdən məlumatlı olan azərbaycanlı şahmatsevərlər “Lichess”ə etiraz məktubları göndəriblər. Belə məktubların sayının 500-dən çox olduğu bildirilir.

Eyni zamanda bir neçə azərbaycanlı məşhur şahmatçı da aksiyaya qoşulub. Aydın Süleymanlı, Vasif Durarbəyli, Nicat Abbasov, Gövhər Beydullayeva kimi qrosmeysterlərimiz məsələ həllini tapana qədər platformada oynamaqdan imtina ediblər.

Azərbaycan Şahmat Federasiyası da məsələyə müdaxilə edib. Federasiyadan “Lichess"ə etiraz məktubu göndərilib: “Lichess” müstəqil platformadır. Heç bir Beynəlxalq Şahmat qurumunun və ya təşkilatın təmsilçisi deyil. Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyası adıçəkilən platformaya etiraz məktubu ünvanlayıb. Onlardan təmsilçiliyi olan ölkələrin adları siyahısında düzəliş edilməsi sərt şəkildə tələb olunub”.

Federasiyadan bildirilib ki, müvafiq düzəliş edilməyəcəyi təqdirdə, platformaya sanksiya tətbiq olunacaq:

“İyulun 29-dan avqustun 26-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. “Lichess”ə bildirilib ki, düzəliş olunmasa, Dünya Kubokunun partiyalarının həmin platformada yayımına icazə verilməyəcək”.

Əlavə edək ki, “Lichess” AŞF-nin etiraz məktubuna absurd cavab verib. Qeyd olunub ki, bu, ölkə anlamına gəlməməlidir, sadəcə addır və platforma siyasətə qarışmır.

Prezident Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV CANLI

Prezident Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV CANLI

Siyasət
12 avqust 2026 259 baxış
"Azərbaycandan İrana 2-ci dəmir yolu xətti açılacaq" | Prezident - Baku TV

"Azərbaycandan İrana 2-ci dəmir yolu xətti açılacaq" | Prezident - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
Avropa İttifaqı Naxçıvan dəmir yoluna maraq göstərir | Prezident - Baku TV

Avropa İttifaqı Naxçıvan dəmir yoluna maraq göstərir | Prezident - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
"Biz vaxt itirə bilmərik" | Prezidentdən dəmir yolu layihəsi ilə bağlı mühüm açıqlama - Baku TV

"Biz vaxt itirə bilmərik" | Prezidentdən dəmir yolu layihəsi ilə bağlı mühüm açıqlama - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
İlham Əliyev | "Qarabağda və Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük" - Baku TV

İlham Əliyev | "Qarabağda və Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük" - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
Prezident | "Naxçıvan, Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir" - Baku TV

Prezident | "Naxçıvan, Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir" - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
Azərbaycan Prezidenti | "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub" - Baku TV

Azərbaycan Prezidenti | "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub" - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
İlham Əliyev Naxçıvanın geniş coğrafiya üçün əhəmiyyətini vurğuladı - Baku TV

İlham Əliyev Naxçıvanın geniş coğrafiya üçün əhəmiyyətini vurğuladı - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
İlham Əliyev Naxçıvanda yüzlərlə meqavatlıq günəş stansiyalarının tikiləcəyini açıqladı - Baku TV

İlham Əliyev Naxçıvanda yüzlərlə meqavatlıq günəş stansiyalarının tikiləcəyini açıqladı - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV

İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib - Baku TV

Siyasət
12 avqust 2026 259 baxış
Seçilmişlər
icon