Pleyeri seçin:

Ermənilər AŞPA-nın Azərbaycana qarşı addımını bəyənmədi?

26 yanvar 2024 101 baxış

Ermənistan siyasi və diplomatiya arenası Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni İrəvan üçün uğurlu diplomatik addım hesab etmir. Hətta Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin müxalifətdən olan üzvü, “Mənim şərəfim” fraksiyasının rəhbəri Hayk Mamicanyan məlum qərarını şərh etməkdən imtina edib.

“Hraparak”ın yazdığına görə, müxalifət dairələri AŞPA-nın qərarının Azərbaycanla bağlı heç bir ciddi nəticəsi ola bilməyəcəyi düşüncəsindədirlər.

Ermənistan Baş naziri Nikol Paşinyanın xüsusi təyinatlı səfiri Edmon Marukyanın fikrincə, Qarabağ məsələsindən sonra belə bir qərarın qəbulu gecikmiş addımdır.

Erməni diplomat Dzyunik Ağacanyanın sözlərinə görə, bu qərar daha çox Azərbaycanın Qərbdən uzaqlaşaraq Rusiya və İranla sıx əməkdaşlıq etdiyi üçün qəbul edilib.

“Qərb Qarabağda ermənilərin boşaldılması faktına göz yummaqla ümid edirdi ki, bu, sülh müqaviləsi imzalanmasını asanlaşdıracaq. Amma nəticə gözlənildiyinin tam əksinə oldu”, – o qeyd edib.

AŞPA qərarının nəticəsinə gəldikdə isə erməni diplomat deyib ki, Bakı Ermənistanla yox, Qərblə qarşıdurma və manevrdən yayınmağa çalışacaq.

Onun fikrincə, Azərbaycanla Qərb arasında yumşalma və kəskin qarşıdurmadan qaçma prosesi 7 fevral seçkisindən sonra başlayacaq:

“Təbii ki, Türkiyə də bu baxımdan onlara dəstək olacaq. Eyni zamanda, əminəm ki, erməni tərəfinə təzyiqlər davam edəcək, ritorika dəyişməyəcək. Bu prosesdə İngiltərə də aktiv rol oynayacaq. Qərbin adından çıxış edən İngiltərə Ermənistan hakimiyyətini güzəştə getməyə inandırmağa çalışacaq. Sülh prosesinin tam iflasa uğramaması üçün Azərbaycanın tələbini yerinə yetirməyə inandıracaq”.

 

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 101 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 101 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 101 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 101 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 101 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 101 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 101 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 101 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 101 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 101 baxış
Seçilmişlər
icon