Ermənilər qorxuda: İrəvana azərbaycanlılar köçür | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Ermənilər qorxuda: İrəvana azərbaycanlılar köçür” adlı veriliş efirə gedib.
Verilişdə tarixçi-etnoqraf, Ermənistan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, Qərbi Azərbaycana müxtəlif vaxtlarda köçən ermənilərin məskunlaşma və uyğunlaşma mövzusunda araşdırmaları və çıxışları ilə tanınan, Qərbi Azərbaycanda azərbaycanlıların yaşam tərzi, mədəniyyəti və irsi haqqında bir qədər obyektiv mövqeyi olan yazılar və müsahibələri ilə seçilən Arsen Hakobyan və bloqçu Nare Sosenin etiraflarından bəhs olunur.
Verilişdə İrəvan Teatrının yaranma tarixindən geniş bəhs olunur. Bu mədəniyyət ocağının İrəvanda yaşayan azərbaycanlıların mədəni mühitini əks etdirən əsas amil olduğu bildirilir:
“Teatr 1988-ci ilə qədər fəaliyyət göstərib. Həmin ildə azğınlaşmış ermənilər azərbaycanlılara qarşı növbəti cinayətə əl atdılar. Nəticədə azərbaycanlılar öz tarixi – etnik yurdlarından didərgin düşdülər.
Təbii ki, teatr da bu aqibəti yaşadı. Bakı-Lənkəran qastrollarından sonra doğma yurdlarına qayıda bilməyən truppa Bakı şəhərində fəaliyyətini davam etdirməyə başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaşatmaq naminə Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirməyə başladı”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
