Erməniləri qızışdıran Sarkisyandan Paşinyan hakimiyyətinə sərt mesaj | Söhbət "sülh"dən yox...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Azərbaycanla Ermənistan arasındakı sülh sazişi layihəsindən danışıb.
S.Sarkisyan rəhbəri olduğu Respublika Partiyasının 35 illik yubiley sessiyasında çıxış edib.
O, sülh müqaviləsinin "mübahisəli, çaşdırıcı və reallıqdan uzaq" olduğunu bildirib.
S.Sarkisyan deyib: "Onu da unutmayaq ki, müqavilənin ən azı iki tərəfi olmalıdır və bugünkü prosesdə yalnız bir tərəf görünür ‒ açıq şəkildə və dominant mövqedən öz şərtlərini addım-addım diktə edən Azərbaycan. Görünən odur ki, söhbət "sülh"dən yox, Ermənistana qarşı aparılan hibrid müharibənin davam etdirilməsindən gedir. Hətta bu vəziyyətdə də erməni tərəfinin maraqlarını qorumaq üçün ciddi diplomatik əsaslar var".
Sabiq prezident eyni zamanda bu əsaslardan istifadə olunmadığını qeyd edib: "Əminəm ki, hakimiyyət dəyişikliyi nəticəsində yeni danışıqlar və nüfuzlu beynəlxalq vasitəçilərin köməyi ilə vəziyyət dəyişə bilər.
Danışıqlar prosesi dövlətin xarici siyasət gündəminə qayıtmalı, indiki administrasiyanın hərəkətlərinə də adekvat hüquqi qiymət verilməlidir".
O, ermənilərə xəbərdarlıq edib: "Hakimiyyət "sülh naminə" qərar verənə qədər ki, evinizin də sərhəd mübahisəsi mövzusu olduğuna əmin olun, əziz həmvətənlər. Bir gün kəndinizin Azərbaycan ərazisində olduğunu eşitsəniz, narahat olmayın. Bu, sadəcə olaraq, "sülh yaradan" hökumətin növbəti "uğurudur".
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
