Ermənilərin sülhməramlılarla hərbçilərimizi qarşı-qarşıya qoymaq istəyi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağda yaşayan ermənilərin məlum hərəkətləri Rusiya hərbçilərini təxribata sürükləmək məqsədi daşıyır. Çünki Rusiya sülhməramlılarının fəaliyyətini şübhə altına atacaq heç bir əsas yoxdur”.
Bunu rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Qarabağda yaşayan ermənilərin martın 7-də avtomobil yolunu bağlayaraq Rusiya sülhməramlılarının xidmət aparmasına mane olmalarını “Baku TV”yə şərh edərkən bildirib.
“Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər qəbul etməlidirlər ki, onların rahat yaşamaları üçün yalnız bir yolu var. Bu da dinc, könüllü şəkildə Azərbaycana hüquqi müstəvidə inteqrasiya olunmaq. Çünki Qarabağ Azərbaycandır! Bu və ya digər şəkildə bu proses başlayacaq və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan hər bir erməninin qarşısında bir sual dayanacaq. Azərbaycan Respublikasının vətəndaşı olmağa, Azərbaycan pasportu ilə bu ölkənin qanunlarına uyğun yaşamağa hazırsınızmı? Hansısa səbəbdən bu yolla getmək istəməyənlər böyük erməni icmalarının olduğu istənilən ölkəyə üz tutmalı olacaqlar. Məsələn, ABŞ-nin Kaliforniya ştatına, Fransaya, ya da elə Ermənistanın özünə”, -deyə hərbi ekspert qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
