Ermənistan-Azərbaycan sərhədində son vəziyyət: Paşinyan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan-Azərbaycan sərhədində heç bir gərginlik və ya qoşun cəmləşməsi yoxdur”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.
“Mənə hər gün sərhəddə atəşkəsin pozulması barədə məlumat verilir və son 24 saat ərzində cəmi bir güllə atılıb. Hazırda Ermənistan-Azərbaycan sərhədində gərginlik və ya qoşunların cəmləşməsi müşahidə olunmur”, – deyə N.Paşinyan bildirib.
Baş nazir Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası barədə də danışıb. Onun sözlərinə görə, Rusiyanın hərbi bazasının və sərhədçilərinin Ermənistandakı mövcudluğu ilə bağlı məsələ qaldırılmır.
“Vladimir Putinlə ilk görüşüm zamanı o, mənə dedi ki, Rusiyanın başqa ölkələrin daxili işlərinə qarışdığı barədə tez-tez eşidir. O, bunun doğru olmadığını bildirib. Biz Rusiya ilə bütün gələcək münasibətlərimizi 2018-ci ildə baş tutan ilk görüş əsasında qururuq”, – deyə N.Paşinyan bildirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
