Ermənistan Baş nazir müavinindən mühüm açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti” təsdiqlənib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, Dövlət Komissiyasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu arada rəsmi İrəvan da institusional olaraq onun iş prosesini təsvir edəcək delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.
Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan yerli mediaya açıqlamasında deyib. O, ikinci sənədin hazırlanmasının zəruriliyindən də danışıb. M.Qriqoryan bu sənəddə ölkələrin hansı prinsiplər və hansı xəritələr əsasında delimitasiya aparacaqlarının qeyd edilməli olduğunu söyləyib.
Ermənistan hökuməti eyni zamanda Ermənistanın Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası arasında görüşlərin və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydasını da təsdiq edib.
#Əli Əsədov teqi istifadə olunub
- Əli Əsədov və Thonqlun Sisulit arasındakı görüşdə nələr müzakirə olundu? - Baku TV
- "Ailə qurmaq məqsədilə yaradılan ittifaq..." | Azərbaycanda bunlar erkən evlilik sayılacaq - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
