Ermənistan BMT-də ifşa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 52-ci sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan şirkətləri tərəfindən qeyri-qanuni olaraq istismar və talan edilməsi barədə məsələ gündəmə gətirilib.
Toplantıda çıxış edən Davamlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin vitse-prezidenti Julia Rosso bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqları və digər təbii sərvətlərin irimiqyaslı qanunsuz istismarı aparılır:
“Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib. Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb. Bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun olmadığına görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun unikal ekosistemini zədələyib. Vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib. Buna misal olaraq Zəngilandakı nadir çinar meşəsinin qırılmasını nəzərinizə çatdıra bilərəm. Zəngilandakı çinar meşəsi vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayılırdı. Ərazinin məhv edilməsi ekoloji terrorun daha bir əlamətidir”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
