Ermənistan bu iki ölkə ilə münasibətləri gücləndirməlidir | Armen Rüstəmyandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Rusiya ilə strateji müttəfiqliyini gücləndirməli, İranla hərbi-siyasi ittifaqa girməlidir.
Bunu Ermənistan parlamentinin deputatı, “Daşnaksütyun” terror təşkilatının “siyasi büro”sunun üzvü Armen Rüstəmyan deyib.
Deputatın sözlərinə görə, Ermənistan həmişə onu dəstəkləyən bu iki ölkə ilə əlaqələri gücləndirməlidir.
“Əsas maneə hazırkı hakimiyyətdir, ona görə də bu ölkələrlə münasibətlərdə ciddi çətinliklər yaranıb. Hakimiyyət Ermənistanın müttəfiqlərini düşmənə çevirib. Bu vəziyyət düzəldilməlidir. İlk növbədə Rusiya ilə strateji əlaqələr gücləndirilməli, İranla hərbi-siyasi ittifaq bağlanmalıdır”, – A.Rüstəmyan bildirib.
Deputat əlavə edib ki, İran ilk gündən Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyib və bu yolun açılmasına qarşı çıxıb. A.Rüstəmyanın fikrincə, Ermənistan bu layihənin qarşısını almağa yönəlmiş İran yanaşmalarının həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaratmalıdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
