Ermənistan Hindistandan silah almaqda maraqlıdır | Ararat Mirzoyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Hindistandan silah almaqda maraqlıdır”.
Bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Hindistanın “Wion” nəşrinə müsahibəsində deyib.
A.Mirzoyan bildirib ki, İrəvan müdafiə sektoruna böyük diqqət yetirir.
Eyni zamanda erməni nazir qeyd edib ki, satınalmalar üçüncü ölkənin maraqlarına qarşı yönəlməyib.
Ermənistanın xarici işlər naziri həmçinin onu da bildirib ki, ölkəsi BRIKS-də müşahidəçi statusunu almaqda maraqlıdır.
“Bəli, biz BRIKS-in, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının işində iştirak etmişik. Siz BRIKS haqqında sual verdiniz və biz hələ də bu təşkilatda müşahidəçi statusu almaqda və bu əməkdaşlığın regionumuza nə gətirə biləcəyini görməkdə maraqlıyıq”, – deyə A.Mirzoyan qeyd edib.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
