Ermənistan İran və Rusiyaya qarşı çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Qafqazda yeni reallıqlar və rəsmi Bakı ilə İrəvan arasında sülh üçün atılan addımlar fonunda Avropa İttifaqı Ermənistandakı müşahidəçilərinin sayını artırmaqla məşğuldur.
Regiona nəzarət baxımından Qərb üçün əsas rəqib Rusiyadır və İrəvanı alət etməklə rəsmi Moskvanı bölgədən sıxışdırıb çıxarmağa cəhd edilir.
Digər tərəfdən də İran regionda mövqelərini möhkəmləndirməyə çalışır. Üstəlik, Tehran da planlarını məhz Ermənistan vasitəsilə həyata keçirmək istəyir. İrəvan hökuməti isə müttəfiqlərinə qarşı aparılan bu kampaniyanı canla-başla həyata keçirir.
Ermənistanın Rusiyadan iqtisadi asılılığı, İranla mövcud əməkdaşlıq perspektivləri, eləcə də Moskvanın da Tehranla əlaqələri Qərbi narahat edən əsas məqamlardandır.
Qərb məhz Ermənistan vasitəsilə regionda yeni nəzarət mexanizmləri yaratmaq, daha dəqiq desək, Rusiya və İranın mövcud mövqelərinə sahib olmaq istəyir. Amma yaddan çıxan bir məqam var ki, bu, ilk növbədə, Azərbaycanla Ermənistan arasında kövrək sülhün ilkin addımlarına xələl gətirir.
Qeyd edək ki, Avropa İttifaqı Ermənistandakı missiyasının sayını 138-dən 209-a çatdırmaq barədə qərar qəbul edib. Təşkilat bunu Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinin sabitliyini artırmaq kimi əlaqələndirsə də, planın tərəflər arasında gərginliyi aktiv fazada saxlamaq, Cənubi Qafazda yeni maraq toqquşmaları yaratmaq məqsədi daşıdığı sirr deyil.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
