Pleyeri seçin:

Ermənistan mediasında qalmaqallı məlumatlar paylaşıldı | Pərdəarxası məqamlar ortaya çıxdı

11 iyun 2025 544 baxış

İrandan sonra Fransanın da Zəngəzurda konsulluq açması, Rusiyanın isə buna nail olmaq üçün israr etməsinin siyasi səbəbləri olsa da, konsulluqların praktiki müstəvidə hansı fəaliyyəti göstərdiyi əvvəldən şübhəli olub. Çünki bölgədə İran və Fransa vətəndaşları yaşamır, yaxud sayları konsulluq xidməti açmağı zəruri edəcək qədər deyil.

Ermənistan mediasında yayılan bir məlumat İranın Zəngəzurda – Qafandakı baş konsulluğunun gerçək fəaliyyətinə dair əvvəldən təxmin edilən şübhələri yenidən aktuallaşdırır.

Erməni türkoloq Varujan Qeqamyan Ermənistanda baş verən proseslərlə bağlı geniş müsahibəsində Fransanın Zəngəzurda konsulluq açmasından da danışır, bu addımın bölgənin təhlükəsizliyində heç bir rol oynamadığından bəhs edir və əlavə edir:

“İran konsulluğu tərəfindən isə real işlər görülür, hətta hərbi təlimlər təşkil edilir”.

Ermənistanın təhlükəsizliyinin Tehranla əməkdaşlıq çərçivəsində təmin edilməsinin tərəfdarlarından olan V.Qeqamyanın məqsədi konsulluğun gerçək fəaliyyətini ifşa etmək yox, İranın əhəmiyyətini təbliğ etməkdir. Bu baxımdan onun açıqladığı məlumatın iddia yox, fakt olması ehtimalı daha yüksəkdir.

Tehranın Ermənistanda Rusiyanın təhlükəsizlik rolunu üzərinə götürmək və Zəngəzurda hərbi baza qurmaq niyyəti 44 günlük müharibədən sonra aktuallaşıb. Lakin rəsmi İrəvanın Tehranla hərbi əməkdaşlığı həm Rusiya, həm də Qərb amilinə görə açıq müstəvidə həyata keçirməsinin çətinlikləri var.

Mümkündür ki, İranın Zəngəzurda hərbi fəaliyyətlərinin koordinasiya mərkəzi olaraq fəaliyyət göstərən konsulluq bu əməkdaşlıqda çətir rolunu oynayır.

Banner
Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV

Siyasət
03 noyabr 2026 544 baxış
Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Firuzə Məmmədova Saraldan çıxarıldıqları gecə baş verənləri danışdı - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 544 baxış
Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Keçmişin izləri üzə çıxdı | Alagöz kəndi ilə bağlı nələr aşkarlandı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 544 baxış
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 544 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 544 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 544 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 544 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 544 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 544 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 544 baxış
Seçilmişlər
icon