Ermənistan müharibəyə belə hazırlaşır? - Qərb bunu bacardı ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan öz təbiətinə uğun ikili oynamağa davam edir.
Rəsmi səviyyədə sülhə hazır olduğunu açıqlayır, digər tərəfdən Qərbin bu ölkədə apardığı militarizasiya siyasətindən ilhamlanaraq sülh danışıqlarından geri çəkilir, mövqelərimizi müxtəlif aralıqlarla atəşə tutur, piltosuz uçuş aparatı ilə ərazilərimiz üzərində kəşfiyyat uçuşuna cəhd etməklə təxribatlara yol verir.
Bir sözlə, rəsmi İrəvan sülhə hazıram deyir, zaman qazanır və belə görünür ki, həmin zamanı silahlanmaya xərcləyir.
Hərbi ekspert Elxan Şıxəliyev Ermənistanın müharibə hazırlıqlarını qısa müddətdə tamamlamaq istədiyini bildirib:
“Ermənistan müharibə modundadır. Yəni müharibə hazırlıqlarını qısa müddətdə tamamlamaq istəyir. Mən düşünürəm ki, Azərbaycanla müharibə vəziyyətinə gəlmələri üçün hərbi-texniki avadanlığa təxminən 5-8 milyard arasında yatırım etməlidirlər, amma bunun 2 milyardına qədərini həyata keçirmiş sayıla bilər".
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
