Ermənistan nəyə şərait yaradır? - QAİ-dən gərginliklə bağlı xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistanı sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməyə çağırıb.
Bu fikirlər İcmanın yaydığı bəyanatda yer alıb.
“Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. İndi də özünü “parlament” kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa “komissiya”nın iclası barədə məlumatlar yayılıb”, – bəyanatda qeyd olunub.
İcma bildirib ki, Ermənistanın, onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbuledilməzdir:
“Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə, silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
