Ermənistan növbəti müharibə hazırlığındadır | Hikmət Babaoğlu
Yeniliklərdən dərhal xəbərdar olun
“Şübhəsiz ki, müharibədən ötən 4 il müddətində sülh əldə olunmayıbsa, mütləq bunun bir səbəbi var. Bu da Ermənistanın müharibəni yenidən alovlandırmaq və öz lehinə təmin etmək cəhdləridir”.
Bu sözləri Hikmət Babaoğlu Baku TV-yə açıqlamasında deyib.
Bildirib ki, bu kontekstdə bəzi Avropa ölkələri, xüsusən Fransanın təşəbbüsü ilə Ermənistanı silahlandırmağa başlayıblar. Həmin ölkələrin içərisində son dövrlərdə almanların da adı çəkilir. Bu da Fransanın təşəbbüsü ilə həyata keçirilir. Çünki Fransa hesab edir ki, Avropa ölkələrini Azərbaycana qarşı kökləməklə ümumi Avropanın mövqeyini müəyyənləşdirərək, ölkəmizi beynəlxalq münasibətlər sistemində yalnızlaşdıra bilər.
“Ermənistanın aldığı silahlar hücum silahlarıdır və hara hücum edəcək bəllidir. O silahlar mütləq Azərbaycana tuşlanacaq, çünki 30 il torpaqlarımız ermənilər tərəfindən işğal altında saxlanılıb.
Biz bilirik ki, Ermənistanda revanşistlər, radikallar və müxtəlif imperializmin orada olan mərkəzləri növbəti müharibə hazırlığındadırlar. Azərbaycan buna nəzarət edir və onlar hesab etməsinlər ki, bizi hansısa formada aldada bilərlər. Çünki Azərbaycanın kosmosda peykləri var və peyk vasitəsilə Ermənistan Ordusunun dislokasiyası, yerdəyişməsi, hansı silahları əldə etməsi və nə vaxt, necə daşınmasına qədər Azərbaycanın xüsusi məlumatları var”, – deyə H.Babaoğlu əlavə edib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
