Ermənistan seçim qarşısında | Paşinyandan sülh sazişi ilə bağlı vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və ATƏT-in Minsk qrupunu ləğv etməyə hazırdır”.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Biz Azərbaycanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifi başa düşürük. Doğrudan da, əgər biz münaqişə ilə bağlı səhifəni bağlayırıqsa, bu zaman onun həlli ilə məşğul olan format nəyə lazımdır? Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılmasını, yəni hər iki sənədin eyni gündə imzalanması təklif edirik”, – deyə o qeyd edib.
N.Paşinyanın fikrincə, Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq. Əsas məsələ isə sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlib-gəlmədiyidir.
Qeyd edək ki, Ermənistan Konstitusiyasında edilməli olan dəyişikliklər ərazi iddiaları ilə bağlıdır.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
