Ermənistan sülh müqaviləsini bu tarixə qədər uzatmaq istəyir | Elman Nəsirov
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan sülhdən danışıb, ən azı 2027-ci il fevralın 19-a qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir”.
Bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Elman Nəsirov deyib.
O xatırladıb ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb:
“Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və oradakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdırlar?”.
E.Nəsirov vurğulayıb ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz.
“Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevirilməsi istisna deyil”, – o bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
