Ermənistan təkzib etdi: Rusiya sülhməramlıları ilə bağlı yeni xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların regiondan çıxması müddətini müzakirə etmək məqsədilə oktyabrın 6-da İrəvana səfər edəcək.
Bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin keçirəcəyi görüşdə sülhməramlıların regiondan çıxması müddəti konkret olaraq müzakirə ediləcək.
Ermənistan Müdafiə Nazirliyi isə Rusiya nümayəndə heyətinin İrəvana səfəri barədə məlumata malik olmadığını açıqlayıb. Nazirliyin mətbuat katibi Aram Torosyanın sözlərinə görə, belə bir görüş planlaşdırılmır.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağda müvəqqəti yerləşdirilib və qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
#Rusiya sülhməramlıları teqi istifadə olunub
- Sülhməramlılar Ukraynaya göndərilsə, nələr baş verəcək? - Jurnalistdən diqqətçəkən şərh
- Avropa Rusiyaya qarşı bu addımı atacaq? | Macar nazirdən açıqlama
- Sensasiya | Rusiya sülhməramlılarının Qarabağdakı komandanı Araikə nələr yazdı?
- Paşinyanın Belarusa hücumunun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır
- Hərbi ekspert sülhməramlıların Qarabağı tərk etməsini şərh etdi
