Pleyeri seçin:

Paşinyanın Belarusa hücumunun səbəbi Ermənistan diplomatiyasının iflasına üsyandır

17 iyun 2024 897 baxış

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı efirə gedib.

Verilişdə bildirilib ki, Azərbaycanın beynəlxalq aləmdəki rolu, apardığı çoxşaxəli xarici siyasət xətti və qlobal çapda hiss olunan nüfuzu ötən həftə boyunca da xarici media resurslarında müzakirələrə səbəb olub.

Rusiyanın Strateji Mədəniyyət Fondu “Belarusun Azərbaycanpərəst mövqeyə daha çox meyillənməsi, şübhəsiz, İrəvanın xarici siyasətinin və diplomatiyasının iflasa uğraması deməkdir və Belarus tək deyil” başlıqlı məqalə dərc edib:

“Nikol Paşinyanın məhz Belarusa qarşı belə kəskin narazılığı təsadüfi deyil. Son vaxtlar Minsk Azərbaycan istiqamətində xeyli fəallaşıb, özü də məhz Qarabağ məsələsində...”.

Rusiyanın “Kavkazski Uzel” nəşrində dərc olunan “Sülhməramlıların gedişi Bakının diplomatik qələbəsi hesab edilə bilər” sərlövhəli məqalədə azərbaycanlı analitiklər Rusiya sülhməramlılarının Qarabağdan gedişini şərh ediblər.

İranın “Donya-e-Eqtesad” nəşri “Türkiyə və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə Qəzzada baş verən hadisələr müzakirə edilib” başlıqlı məqalə dərc edib.

Mənbə xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti ilə görüşdə deyib:

“Daimi həll yolu paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasıdır. Bu məqsədlə İsrailə beynəlxalq ictimaiyyət tərəfindən təzyiq göstərilməlidir”.

Məlumata görə, İqlim Sammitinin Azərbaycanda keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətinə görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu sammitin hazırlanması prosesinə hər cür dəstəyi verəcəyini bildirib.

İsrailin “The Jerusalem Post” nəşri xəbər verir ki, Ermənistan Cənubi Qafqazda möhkəm və davamlı sülh naminə mina sahələrinin xəritələrini Azərbaycana verməlidir.

ABŞ-nin “The Geopolitics” nəşri xəbər verir ki, Azərbaycanı Ermənistanın Nikol Paşinyanın dəyişdirmək istədiyi daxili siyasi sistemi deyil, Ermənistan Konstitusiyasında təsbit edilmiş ərazi iddiaları narahat edir.

Banner
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 897 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 897 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 897 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 897 baxış
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 897 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 897 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 897 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 897 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 897 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 897 baxış
Seçilmişlər
icon