Ermənistan və Estoniya XİN rəhbərləri görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanla Azərbaycan arasında şərti sərhəddə orduların güzgü effekti ilə geri çəkilmələri müzakirə olunur”.
Bu fikirləri ölkənin xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqos Çaxkno ilə görüşündə deyib.
Bildirib ki, bu, sülhün əldə olunması istiqamətində daha bir vacib addım kimi qəbul oluna bilər.
Nazirin sözlərinə görə, bu proses həm də gələcəkdə yaşana biləcək növbəti münaqişələrdən yan keçməyə də şərait yaradacaq.
O həmçinin çıxışında bildirib ki, iki mərhələdən ibarət olan danışıqların birinci raundu artıq bitib. İkinci hissə dekabrın 13-də əsirlərin dəyişdirilməsi ilə başa çatacaq.
“Biz dəfələrlə bildirmişik ki, danışıqların ən çətin hissəsi artıq geridədir. Ortaq məxrəcə gələ bilmişik, sadəcə yekun görüşlərə gərək var”, – deyə erməni nazir çıxışına əlavə edib.
Görüşlərin formatına gəlincə isə diplomat bildirib ki, Ermənistan xarici müşahidəçilərin iştirakı ilə bu danışıqların baş tutmasını istəyir. Onun sözlərinə görə, belə formatlı görüşlər öz səmərəsini dəfələrlə verib.
#Ararat Mirzoyan teqi istifadə olunub
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
- Mirzoyan ölkəsi ilə Türkiyə arasında münasibətlərin normallaşmasından danışdı
- Mirzoyan Rubionun Ermənistana səfəri ilə bağlı sualları cavablandırdı
