Ermənistana od qoyan çıxış | Zaxarovadan ermənilərə tələb
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistanın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları dağıdıcıdır".
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Bu bəyanatları görürük. Onları dağıdıcı, ən əsası isə həqiqətə uyğun olmayan hesab edirik. Onların davam etməsi qəribədir. Bu cür bəyanatlar özünü məsuliyyətdən azad etmək üçün faktlarla manipulyasiya etmək cəhdləridir”, – o bildirib.
M.Zaxarova Qarabağda “etnik təmizləmə” ilə bağlı erməni mifinə də reaksiya verib:
“İrəvanda nüfuzlu sayılan hansısa beynəlxalq təşkilatdan buna dair heç olmasa bir sənəd varsa, mən faktı görmək istərdim. Əgər bu cür “etnik təmizləmə”nin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, bu sənədin linklərini bizə təqdim edin”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
