Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Ermənistanda qərbi azərbaycanlıların qayıdış xəbəri aləmi qatdı” adlı süjetdə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirlərindən sonra Ermənistanda təşviş yaşandığından, hüquq müdafiəçisi obrazında çıxış edən Arman Tatoyan da daxil olmaqla mətbuat və ekspertlərin Azərbaycan tərəfinin Ermənistana 100 min azərbaycanlını yerləşdirmək niyyətində olduğu ətrafında siyasi hay-küy qaldırmasından bəhs olunub.
Bildirilib ki, Qərbi Azərbaycan İcması vaxtaşırı həm erməni siyasi dairələri, o cümlədən beynəlxalq qurumlar qarşısında mühüm məsələlər qaldırıb:
"Bütün bu müraciətlərə Ermənistan hakimiyyəti son 35 ildə heç bir reaksiya verməyib, məsələni ciddiyə almamaq davranışı göstərib. Ermənistan hakimiyyəti bu gerçəyi qəbul etməlidir. Media eksperti, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Tiqran Koçaryan məsələni belə şərh edir: “Əminəm ki, sənədlərdə əksini tapan bütün antierməni tezisləri Nikol Paşinyanla razılaşdırılıb. Azərbaycanlılar Zəngəzur, Zəngibasarda yerləşən kəndlərinə qayıdacaqlar. Bu gün Zəngəzurda elə kəndlər var ki, cəmi 10 ailə yaşayır. Bu yerlərdə əvvəllər azərbaycanlılar yaşayıblar. Bununla bağlı N.Paşinyan bilirsiniz nə deyir? Əgər bu kəndlər sizin üçün yaxşıdırsa, niyə gedib ermənilər orada yaşamırlar?!"
Qeyd olunub ki, erməni siyasətçilərini və media ekspertlərini təəccübləndirən məqam Ermənistanda çoxmərtəbəli binaların tikintisinin sürətlə həyata keçirilməsidir. Belə yaşayış layihələrinin həyata keçməsi ermənilərdə şübhələr doğurur. Ermənistanda bu evlərin tikilməsinin qərbi azərbaycanlılar üçün edildiyi hiddətlə deyilir.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
