Pleyeri seçin:

Ermənistanda müharibəyə hazırlıqlar görülür | Ekspertdən sensasiyalı iddia

21 iyun 2024 489 baxış

Fransanın Ermənistana “Sezar” artilleriya sistemlərini verməsi ilə bağlı müqavilə imzalanandan sonra İrəvanda müharibə gözləntiləri artıb.

Erməni ekspertlər yeni müharibənin noyabr ayında ola biləcəyini iddia edirlər.

Ümumerməni diplomatlar şurasının üzvü, keçmiş səfir Vaaqn Melikyan bildirib ki, son iki ildə sülhdən bəhs olunsa da, əslində, müharibə hazırlıqları müşahidə edilir. O, müharibənin günahkarı kimi Azərbaycanı göstərsə də, Ermənistanın silah sövdələşməsinə də diqqət çəkir.

“Silahlarla bağlı sövdələşmə təsdiq edir ki, sülhdən bəhs olunsa da, arxa planda müharibə hazırlığı aparılır”, – o deyib.

V.Melikyan Ermənistan hökumətini növbəti müharibəyə yaxşı hazırlaşmamaqda ittiham edib.

“Henaket” mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan da iddia edir ki, Azərbaycan və Ermənistan arasında müharibə hazırlığı gedir. O əlavə edib ki, mümkün müharibədə Ermənistanı ağır məğlubiyyət gözləyir.

Erməni ekspertlərin növbəti hərbi toqquşmanın noyabr ayında ola biləcəyinə dair iddiaları diqqət çəkir. Noyabrda Bakıda COP29 tədbiri keçiriləcək və bu vaxta qədər Bakı-İrəvan arasında sülh sazişinə dair irəliləyişin əldə edilməsi gözləntiləri var.

Mümkündür ki, Ermənistan COP29 tədbiri ərəfəsində sərhəddə təxribatlar törədərək sülh gündəliyini arxa plana keçirməyə cəhd etsin. Çünki rəsmi İrəvan sülh gündəliyinə daxil olan məsələləri öz maraqlarına uyğun hesab etmir. Erməni ekspertlərin iddiaları da noyabrda mümkün təxribatlar öncəsi ictimai rəyi hazırlamaq məqsədi daşıya bilər.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 489 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 489 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 489 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 489 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 489 baxış
Seçilmişlər
icon