Ermənistanda mühüm toplantı | Azərbaycan nümayəndə heyətinin səfəri ilə bağlı detallar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.
Bu barədə "Armenian Council" məlumat verib.
Dəyirmi masada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.
Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunan quru sərhəd sahəsindən Ermənistana gəlib.
"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir. Onların arasında Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağamirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlya Hüseynov, Fuad Ağamalıyev var.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Haqqıxlı kəndinin adı dəyişdirildi, azərbaycanlı sakinləri isə doğma yurdlarından qovuldular
- Azərbaycanla demoqrafik fərq Ermənistanı narahat edir - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
