Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb.
Bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunan birgə bəyanatında bildirilib.
İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.
Bəyanatda qeyd edilib ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.
Tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələlərini həll edəcək ilk iki üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Vurğulanıb ki, bu qrupların işi mürəkkəb texniki məsələlərin həllinə və TRIPP-in tətbiqinin növbəti mərhələlərinə, o cümlədən onun digər regional infrastrukturla inteqrasiyasına keçməyə kömək edəcək.
İştirakçılar həmçinin layihənin bütün komponentlərinin qısa zamanda praktik olaraq işə salınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.
#TRIPP layihəsi teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan arasında növbəti mühüm mərhələ - Baku TV CANLI
- Sülh sazişi ərəfəsində mühüm gediş | Yeni Konstitusiya, yoxsa vaxt qazanmaq cəhdi? - Baku TV
- Sülh müqaviləsi olmadan tranzit mümkündür?
- İrəvan TRIPP üzrə sazişi təsdiqlədi | Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? - Baku TV
- İrəvan Bakını fakt qarşısında qoymaq istəyir: TRIPP ətrafında yeni gərginlik - AKTUAL GÜNDƏM
