Ermənistanda seçki öncəsi gərginlik: Azərbaycana qarşı revanşizm artır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir".
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, delimitasiya-demarkasiya prosesi uzunmüddətli və texniki xarakter daşıyan məsələdir.
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin aprelin 29-da Ermənistana səfər etdiyini xatırladan Ceyhun Bayramov bildirib ki, görüş zamanı sonrakı işlərin prosedur və reqlamentini müəyyən edən üç sənəd razılaşdırılıb.
Nazir iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə də toxunub və qeyd edib ki, bu, ölkənin siyasi gələcəyi baxımından əhəmiyyət daşıyır:
"Faktiki olaraq hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır və orada gərgin mübarizə gedir. Fərqli siyasi qruplar seçkiqabağı kampaniya dövründə müxtəlif vasitələrdən istifadə edir. Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər".
Ceyhun Bayramov sonda vurğulayıb ki, Azərbaycan regionda lider dövlət kimi milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
