Ermənistanda sərhədlərin delimitasiyası ilə bağlı yeni qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş naziri Nikol Paşinyanın qərarı ilə “Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya”nın nəzdində iki işçi qrup yaradılıb. Bu barədə Ermənistan mediası xəbər yayıb.
Bildirilib ki, bura Tavuşun qubernatoru, yerli icmaların rəhbərləri, kənd sakinlərinin nümayəndələri daxil ediliblər.
Məlumatda o da deyilir ki, işçi qrupu Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında geodeziya işləri aparıldıqdan sonra planlaşdırılmış koordinatların dəqiqləşdirilməsi və müvafiq protokol-təsvirin hazırlanması üçün yaradılıb.
11 nəfərdən ibarət olacaq 1-ci qrupa Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək. İkinci qrup isə Ermənistanın güc blokunun nümayəndələrindən ibarətdir.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
