Ermənistanda türklərə qarşı düşmənçilik yenidən qızışdırılır? | BİZDƏN NƏ DANIŞIRLAR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
“Enerji resursları ilə zəngin Azərbaycan Cənubi Qafqazda özünü İran və Rusiyaya görə “iki dünya müharibəsi” arasında sıxılmış kimi hiss edir”.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.
O, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran münaqişəsi, Yaxın Şərqdəki vəziyyət, eyni zamanda ABŞ-nin regionda iştirakı məsələləri barədə danışıb.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan regionda baş verən gərginlikdən narahatlıq keçirsə də, bu mövzuda rəsmi Vaşinqtonla danışıqlar aparmayıb.
“Hakimiyyət dəyişikliyi və ya Ermənistanın hazırkı siyasətində ciddi bir düzəliş, o cümlədən PKK terrorçuları ilə yaxınlaşma vasitəsilə İrəvanda Türkiyə və Azərbaycan əleyhinə əhvali-ruhiyyənin güclənməsinə səbəb ola bilər”.
Bu fikri Türkiyənin “Diplomatiya və Strategiya” jurnalının baş redaktoru İlkut Taha Taşlı ötən həftə qardaş ölkənin bir neçə mediası tərəfindən yayılan analitik məqaləsində ifadə edib.
Ekspert əlavə edib ki, 1915-ci il hadisələri ilə bağlı uydurma iddialar Ermənistan cəmiyyətində türklərə qarşı düşmənçiliyi qızışdırır.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
