Ermənistandakı Rusiya sərhədçiləri ilə bağlı qərar verilib | Bortnikov
“İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək xahişi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib”.
Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov bu barədə açıqlama verib.
“RIA Novosti”nin məlumatına görə, A.Bortnikov Ermənistan liderinin Moskvaya səfərini, Ermənistandakı vəziyyəti xatırladıb. O bildirib ki, erməni tərəfi müvəqqəti əməliyyat qruplarının şərti sərhəd bölgəsindən çıxarılmasını xahiş edib və bu barədə qərar qəbul edilib.
A.Bortnikov qeyd edib ki, ilkin olaraq Qarabağda üçtərəfli atəşkəs elan edildikdən sonra Ermənistan yardım istəyib və FTX sərhəd bölmələrinin Azərbaycanla sərhəd bölgəsində yerləşdirilməsini xahiş edib.
Sonra isə Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında qarşılıqlı informasiya əlaqəsini və lokal münaqişələrin həlli problemini həll edən 11 post yaradıb.
#Ermənistan teqi istifadə olunub
- Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? - HƏRBİ XRONİKA
- Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib
- Sovet hakimiyyətinin elanından sonra Bəriabadın taleyi necə dəyişdi? - Baku TV
- Azərbaycanlıların əcdadlarının yaşadığı kəndin tarixini necə silməyə çalışdılar? - Baku TV
- Dövlət ittihamçısının vəsatəti təmin olundu | Keçmiş prezidentlə bağlı yeni qərar - Baku TV CANLI
