Ermənistandan Rusiyanı özündən çıxaracaq addım | Sərhəddə hazırlıq görülür?
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan yenə ənənəvi siyasətini davam etdirir, Qərb isə yeni bir oyuna hazırlaşır. Bölgəni qarışdırmaq, yeni təxribatlar üçün ənənəvi istifadə alətlərinə – Ermənistana müraciət edəcəklər.
Aprelin 5-də ABŞ-nin Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Brüsseldə Nikol Paşinyanla üçtərəfli görüşü gözlənilir.
5 aprel görüşünün əsas məqsədinin Ermənistanın təhlükəsizliyinə zəmanət vermək olduğu bildirilir. Ancaq bu zəmanətin nə ilə bağlı olduğu, kimə qarşı yönəldiyi açıqlanmır.
Maraqlı olan budur ki, 30 il ərzində Azərbaycan torpaqları işğal altında qalarkən nə ABŞ, nə də Avropa Birliyi Azərbaycan üçün belə bir görüş keçirmədi, narahat olmadı. Ölkəmiz bu gün də mina bəlasından əziyyət çəkir. Ancaq biz bununla bağlı da Qərbdən hansısa dəstək görmürük.
Digər önəmli bir məsələ isə Ermənistan ənənəsinə sadiq qalaraq yenidən görüş öncəsi təxribata çalışır. Sosial şəbəkələrdə Ermənistanın sərhədə qoşun yığması ilə bağlı görüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, Ermənistan konkret şəkildə hazırlıq görür. Ermənistanın bu cür təxribatlara indi hazırlaşması təsadüfi deyil. Ermənistan hər görüş öncəsi bu cür təxribatlara əl atmasını adət halına gətirib.
Bunun üçün də çox keçmişə getməyə ehtiyac yoxdur. 2023-cü il mayın 14-də keçiriləcək Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək Brüssel görüşü öncəsi baş verənlərə diqqət yetirmək kifayətdir. Görüşdən bir neçə gün əvvəl Ermənistan Ordusu sərhəddə ciddi təxribatlar törətmişdi. Eyni təxribatlar indi də ola bilər.
N.Paşinyanın Qərbdən istəyi var və bunu almaq üçün istənilən təxribata gedə bilər. Həmin təxribatlara veriləcək cavabları isə təbii ki, Ermənistan rəhbərliyi düşünməmiş deyil. Onlara lazım olan da budur. Görüş öncəsi süni münaqişə yaratmaq və bundan istifadə edərək Qərbdən nələrsə qoparmaq.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
