Ermənistanı silkələyən iclasda nə baş verdi? - Köçəryanın kitabında sensasiyalı detal
Yeniliklərdən dərhal xəbərdar olun
“1997-ci il sentyabrın 26-da jurnalistlərlə ünsiyyəti bir o qədər də sevməyən Levon Ter-Petrosyan qəfildən prezident seçilməsinin ildönümü münasibətilə mətbuat konfransı keçirdi. O, çıxışında Qarabağla bağlı güzəştlərə və Minsk Qrupunun təklif etdiyi “mərhələli həll” planı ilə razılaşmağa çağırış etdi”.
Bunu Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan “Həyat və azadlıq” kitabında qeyd edib.
R.Köçəryan yazıb ki, Levon Ter-Petrosyan Qarabağın Azərbaycanın tərkibində qalması planını dəstəkləyib:
“Prezident Levon Ter-Petrosyanın arqumentləri Ermənistanın başqa seçiminin qalmaması ilə nəticələndi. Belə anlaşılırdı ki, Qarabağ problemi həll olunmayana qədər iqtisadi inkişafda heç bir uğur əldə edilə bilməz və ölkənin gələcəyi yoxdur.
Bunu eşidən tanınmış jurnalist, “Fikir” verilişinin aparıcısı Serqo Yeritsyan Levon Ter-Petrosyanın sözlərini düzgün başa düşüb-düşmədiyini soruşdu: Prezident Qarabağdan əl çəkməyə hazırlaşır? O cavab verdi: “Serqo can, Qarabağ problemi həll olunmayana qədər sən yaxşı yaşamayacaqsan! Levon Ter-Petrosyanın bu ifadəsi dərhal xalqa ötürüldü. Mətbuat konfransı isə Ermənistan tarixinə “Serqo-can” adı ilə düşdü”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
