Ermənistanın arzusu yenə ürəyində qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti mərhələsi başa çatıb.
Tərəflər sülh sazişi üzrə əlavə maddələrdə razılıq əldə ediblər. Lakin danışıqlar ərəfəsində ermənilər yenə də təxribata əl ataraq sülh səylərinə xələl gətirmək istədilər. Kapitulyant ölkənin arzusu yenə də ürəyində qaldı və görüş bu dəfə də Azərbaycanın diplomatik uğuru ilə yekunlaşdı.
Dialoqun gedişində prosesdən yayınmaq mümkün olmayanda Ermənistanın təxribat törətməsi ənənəvidir. Çünki dalana dirənən bu ölkə həm daxili auditoriyanın təzyiqləri, həm də əlində maşa olduğu güclərin diqtəsi ilə sobatajlarla bölgəyə sülhün gəlməsinə maneə törətməyə məcbur edilir. Bununla da regionun təhlükəsizliyini sual altında qoyur. Lakin unudurlar ki, rəsmi Bakının mövqeyi qətidir və bu mövqe sülhə əngəl törədənlərin istəyini həmişə olduğu kimi, yenə də gözündə qoyacaq.
Ermənilər Vaşinqton görüşü ərəfəsində danışıqları pozmaq məqsədilə təxribatlara əl atsalar da, Ordumuzun həyata keçirdiyi "Qəzəb" əməliyyatı nəticəsində layiqli cavablarını aldılar. Ağır itkilərə məruz qalan kriminal rejim bu dəfə də arzusuna çata bilməyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
