Ermənistanın BMT-yə haqsız müraciətinə sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti Azərbaycanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirləri ilə əlaqədardır. Buna görə də Ermənistanın Təhlükəsizlik Şurasına növbəti müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaqla bağlı tələblərinin açıq formada pozulmasıdır”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib.
Nazir Təhlükəsizlik Şurasının növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin tamamilə qəbuledilməzliyini, bu mötəbər orqanın nüfuzuna və etibarına ciddi zərbə olduğunu və tamamilə rədd edilməsinin vacibliyini vurğulayıb.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
