Pleyeri seçin:

Ermənistanın bu planı boşa çıxdı | Poqosyandan "acı" etiraf

17 yanvar 2024 403 baxış

“Ermənistanla Azərbaycan arasında silahlara nəzarət sazişinin imzalanması qeyri-realdır və Ermənistanın belə bir təklifi Azərbaycan gündəminə qarşı çıxmaq və ya Ermənistanın gündəmini formalaşdırmaq cəhdidir”.

Bu sözləri politoloq Benyamin Poqosyan Baş nazir Nikol Paşinyanın təklifi haqda qeyd edib.

Poqosyanın sözlərinə görə, belə bir sazişin bağlanması uzun hazırlıq işləri tələb edir: “İlk növbədə, müəyyən səviyyədə qarşılıqlı etimad, düşmənçilik və ya şantajın olmaması tələb olunur. Bakı isə Ermənistanın ərazi bütövlüyünü tanımır, “Qərbi Azərbaycan” ideyası növbəti hərbi təcavüzə potensial olaraq zəmindir”.

Poqosyan hesab edir ki, Ermənistan indi müəyyən çaşqınlıq içindədir: “Çünki İrəvan ümid edirdi ki, Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında münasibətlərdə dönüş nöqtəsi yarada və sülh sazişi imzalana bilər. İrəvan ümid edirdi ki, bunun ardınca Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərin açılması olacaq ki, bu da öz növbəsində iqtisadi inkişafa əlavə təkan verəcək, Qərbdən sərmayələrin cəlb edilməsinə kömək edəcək və növbəti 10-15 il ərzində vəziyyəti sabitləşdirəcək. İndi məlum oldu ki, bunların heç biri baş vermir. Hökumət bunun nə üçün baş verdiyini anlamağa çalışır”.

O əlavə edib ki, bir tərəfdən hələ də sülh yoxdur, təhlükəsizliyin təmin edilməsi xüsusən Ermənistanın cənub rayonlarında dəfələrlə çətinləşib, digər tərəfdən Rusiya ilə münasibətlər korlanıb:

“Qərbin 2023-cü ilin Rusiyanın Ukraynadakı “hərbi məğlubiyyəti” ilə başa çatacağı ilə bağlı proqnozları özünü doğrultmadı. İndi də xarici siyasət proseslərinin inkişafını yanlış dəyərləndirən Ermənistan hökuməti Azərbaycan gündəminə qarşı çıxmaq və ya özünün gündəmini formalaşdırmaq üçün müəyyən addımlar atmağa məcburdur”.

Banner
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib - Baku TV CANLI

Siyasət
28 oktyabr 2026 403 baxış
Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 403 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 403 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 403 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 403 baxış
Seçilmişlər
icon