Pleyeri seçin:

Ermənistanın "Dördüncü respublika" planının arxasında nə dayanır? - Baku TV

21 avqust 2026 338 baxış

Ermənistan hökuməti 2026–2031-ci illəri əhatə edən fəaliyyət proqramını təsdiqləyib.

Baş nazir Nikol Paşinyan bildirib ki, sənəd tam şəkildə “Real Ermənistan” ideologiyası və “Dördüncü Respublika” konsepsiyasına əsaslanır.

Mövzu ilə bağlı Baku TV-yə danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, bu konsepsiya Paşinyanın seçkiöncəsi irəli sürdüyü siyasi xəttin davamıdır.

Deputatın sözlərinə görə, proqramın əsas istiqamətlərindən biri Ermənistanın 27,9 min kvadratkilometrlik sərhədlər çərçivəsində “real dövlət” kimi qəbul edilməsidir:

“Paşinyan açıq şəkildə bəyan etdi ki, Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil. Bu, Azərbaycanın yaratdığı sülh reallıqlarının Ermənistan tərəfindən qəbul olunduğunu göstərir”.

Azər Badamov qeyd edib ki, proqramda Azərbaycanla sülhün hüquqi və institusional sənədlərlə möhkəmləndirilməsi, sərhədlərin delimitasiya və demarkasiyasının davam etdirilməsi, həmçinin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması xüsusi yer tutur:

“Ermənistan artıq anlayır ki, regionda sülh və əməkdaşlıq olmadan gələcəyə baxmaq mümkün deyil”.

Deputatın fikrincə, proqramda regional kommunikasiyaların açılması, dəmir yolu xətlərinin və sərhəd-keçid məntəqələrinin bərpası da əsas hədəflər sırasındadır. O hesab edir ki, növbəti mərhələdə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması istiqamətində də addımlar atıla bilər.

Paşinyanın Bağanis Ayrım, Kərki, Bərxudarlı və Yuxarı Əskiparanın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə münasibət bildirən Azər Badamov vurğulayıb ki, bu, mühüm siyasi bəyanatdır:

“Bu kəndlərin Azərbaycana məxsus olduğunu Ermənistanın Baş nazirinin etiraf etməsi artıq məsələnin həlli istiqamətində ciddi siyasi addımdır”.

Deputat əlavə edib ki, anklav kəndlərin qaytarılması delimitasiya və demarkasiya komissiyalarının apardığı danışıqlar çərçivəsində, qarşılıqlı razılaşma əsasında həll olunmalıdır:

“Delimitasiya və demarkasiya bir gündə başa çatan proses deyil. Əsas odur ki, tərəflər artıq bu məsələlərin danışıqlar yolu ilə həllini qəbul ediblər”.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 338 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 338 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 338 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 338 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 338 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 338 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 338 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 338 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 338 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 338 baxış
Seçilmişlər
icon