Pleyeri seçin:

Ermənistanın keçmiş baş naziri Paşinyanı xəyanətkar adlandırdı | Qalmaqallı açıqlama

23 avqust 2024 317 baxış

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və mətbuat katibi Mariya Zaxarovanın Ermənistanın üçtərəfli bəyanatı sabotaj etdiyinə dair açıqlamaları bizim üçün şok idi.

Bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, çoxu Rusiya rəsmilərinin nəyi nəzərdə tutduğunu anlamır:

“Orada söhbət 2023-cü il iyunun 2-də razılaşdırılmış protokoldan gedir. M.Zaxarova da konkret olaraq bunu vurğulayır. Həmin tarixdə şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülən protokolda 2020-ci il 9 noyabrda imzalanmış bəyanatın 9-cu bəndinin müddəaları konkretləşdirilib.

Sənəddə qeyd olunur ki, Ermənistan ərazisindən keçən və Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək yol İrəvanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərməlidir. Lakin Azərbaycan yük maşınları Ermənistan sərhədi və gömrükdən keçdikdən sonra Rusiya sərhədçiləri tərəfindən müşayiət olunmalıdır.

Bu protokol irəli sürüləndə N.Paşinyan artıq Qarabağı rəsmi olaraq Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Həmin protokol bütün tərəflər üçün məqbul idi. Görünür, N.Paşinyan Qərbin təzyiqi ilə sənədin icrasından imtina etdi. Çünki Qərb rus sərhədçilərinin orada olmasını istəmir.

ABŞ Ermənistan ərazisindən keçəcək belə bir yolun sadəcə orta dəhliz olmasının tərəfdarıdır. Bununla Rusiya və İranı regiondan kənarlaşdırmaq planlaşdırılır. Yəni İrəvan üzərinə götürdüyü öhdəlikləri, həqiqətən də sabotaj edir. Nəticədə Qərblə Rusiya arasındakı münaqişədə sıxışıb qalmışıq”.

Keçmiş baş nazirin iddialarına görə, N.Paşinyan rəsmi qurumlara xəbər vermədən və xalqa açıqlamadan bir sıra sənədlər imzalayıb:

“Ötən il iyunun 2-də imzalanan protokoldan kim xəbərdar idi? 2022-ci il oktyabrın 31-də Soçidə imzalanan sənədin mətnini kim görüb? Bəs 2021-ci ilin yanvarında? Ya da 2020-ci ilin 18 dekabrında? Ümumiyyətlə, belə nə qədər sənəd var? Baş nazir sənədləri Ermənistan Prezidenti və parlamentə təqdim etməyib. Həmin sənədlərdə Ermənistan Respublikasının ərazi bütövlüyünə istinad edilir. Bu, xəyanətdir”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 317 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 317 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 317 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 317 baxış
Seçilmişlər
icon