Pleyeri seçin:

Ermənistanın növbəti hiyləgərliyi | Nikolun budəfəki məqsədi nədir?

25 mart 2024 414 baxış

Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində yerli sakinlərlə görüşdə rəsmi Bakının tələb etdiyi kəndlərin Azərbaycana məxsus olduğuna işarə etməsi orada yaşayan əhalinin narazılığına səbəb olub.

Hökumətlə yerli sakinlər arasında yaranan anlaşılmazlıq həm də yeni xaosun anonsu kimi qiymətləndirilib və martın 24-də bu ehtimallar özünü doğruldub.

“Döyüş qardaşlığı” adlanan silahlı qruplaşmanın üzvləri Qazaxın Ermənistanın işğalı altında olan Yuxarı Əskipara kəndinə daxil olmaq istəyərkən saxlanılıb. Düzdür, silahlılar tezliklə azad edilsə də, hadisənin təfərrüatı da çox keçmədən üzə çıxıb.

Belə ki, 2023-cü ildə həmin qruplaşma ilə ermənilərin Noyemberyan adlandırdığı İncəsu rayon bələdiyyəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, icmanın üzvləri sakinlər üçün təlimlər keçərək onların döyüş hazırlığını artıracaq. Yəni icmanın bu addımı dövlət qurumu ilə razlaşdırılıb, özbaşına deyil.

Sadəcə xəbərin Azərbaycan ictimaiyyətində yayılmasından sonra icmanın fəaliyyətinə maneələr yaradılıb və bununla hadisənin əsl mahiyyətindən yayınmağa cəhd edilib.

Təbii ki, nə qədər gec deyil, Ermənistan süni əngəllərlə vaxt uzatmaq əvəzinə işğal altında saxladığı Azərbaycan ərazilərini geri verməlidir. Çünki kəndlərin qaytarılmaması müharibə üçün səbəb sayıla bilər. Belə olan halda isə Azərbaycanın cavabı sərt olacaq.

Ermənistan hökumətinin, şəxsən Baş nazir N.Paşinyanın bu günə qədər bir-birinə zidd addımlar atdığını nəzərə alsaq, bu hadisənin də mərkəzində hiyləgərliyin və təxribatın olduğu təəccüb doğurmur. Lakin istər Ermənistanın hakimiyyəti, istərsə də vətəndaşları bu gedişatın onlar üçün heç bir fayda verməyəcəyini anlamalı və tarixdən dərs çıxarmalıdırlar.

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV

Siyasət
23 iyun 2026 414 baxış
Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Türkmənistan Prezidentinin Azərbaycana səfəri | Trampın mövqeyi dəyişib - YENİ BİR SƏHƏR

Siyasət
23 iyun 2026 414 baxış
Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV

Siyasət
23 iyun 2026 414 baxış
ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

ABŞ ilə İran arasındakı proses Xəzəryanı dövlətlərə necə təsir edəcək? - BİZDƏN NƏ DANIŞIRLAR?

Siyasət
22 iyun 2026 414 baxış
AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

AŞ-nin Bakı ofisinin rəhbəri Petr Zix XİN-ə çağırıldı - Baku TV

Siyasət
22 iyun 2026 414 baxış
Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Bakı-Aşqabad xətti açılır: Xəzərdə yeni güc mərkəzi yaranır? - AKTUAL GÜNDƏM

Siyasət
22 iyun 2026 414 baxış
Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Azərbaycan və Türkmənistan liderləri nələri müzakirə etdi? | "Haber Global"dan süjet - Baku TV

Siyasət
22 iyun 2026 414 baxış
Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

Siyasət
22 iyun 2026 414 baxış
Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Azərbaycan və Türkmənistan arasında hansı məsələlər müzakirə edilib? - Baku TV

Siyasət
22 iyun 2026 414 baxış
İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - Baku TV

Siyasət
22 iyun 2026 414 baxış
Seçilmişlər
icon