Pleyeri seçin:

Ermənistanın yeni ərazi işğal etmək planı ifşa edildi | Gürcüstandan sensasiya

03 aprel 2024 429 baxış

Ermənistan qondarma soyqırımının ildönümü (24 aprel) ərəfəsində Azərbaycana hücum edə bilər. Bu barədə Gürcüstan mediası yazıb.

Georgi Mazniaşvili imzası ilə yayımlanan məqalədə Ermənistanın Azərbaycan sərhədlərinə qoşun cəmləməsindən və Cənubi Qafqazda geosiyasi toqquşmadan bəhs olunur. Qeyd edilir ki, Ermənistan “köhnə müttəfiqi” Rusiyadan imtina edir və yeni “patronlarını” – ABŞ və Fransanı regiona dəvət edir.

“Erməni millətçilər müttəfiqlərini yeni ərazilərin işğalı və “böyük Ermənistan” qurmaq məqsədilə dəyişir. Tarix bunu deməyə əsas verir. Rusiya Ermənistanın öz sərhədləri daxilində təhlükəsizliyini təmin edir, lakin onların yad torpaqları işğal etmək planlarından imtina edir. Buna görə də Ermənistanda rusofobiya dalğası başladı.

İndi ABŞ və Avropa İttifaqı ilə “təhlükəsizlik çətiri” haqqında saziş imzalayacağı Brüssel görüşü ərəfəsində Ermənistan regionda təhlükəsizliyi şübhə altına almaq və müharibəyə başlamaq üçün hər şeyi edir. Qərbyönümlü erməni millətçiləri üçün vaxt daralır. Noyabrda ABŞ-də prezident seçkiləri var. Bu, o deməkdir ki, yayın sonu, payızın əvvəli ABŞ-nin Ermənistana ayırmağa vaxtı olmayacaq.

Demokratlar partiyasından olan Co Bayden Ağ Evdə olduğu müddətdə erməni lobbisini dinləməyə meyillidir, lakin onun seçkidə yenidən qalib gələcəyi şübhə altındadır.

Erməni millətçiləri qorxurlar ki, 2020-ci il Qarabağ müharibəsində “səssiz” qalan Tramp yenidən prezident seçilsin. Tramp Baydendən fərqli olaraq daha çox anti-İran mövqeyinə sahibdir. Əgər o seçilsə, o zaman İrana qarşı ABŞ-Ermənistan müttəfiqliyi yaranacaq, bu halda Tehran İrəvana dözməyəcək. Bu situasiyada Ermənistan yeni “patronlarını” bölgəyə gətirmək və “təhlükəsizlik çətiri” qazanmaq üçün eskalasiyaya gedə bilər. Bunu qondarma soyqırımı ərəfəsində edə bilərlər”, – məqalədə bildirilir.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 429 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 429 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 429 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 429 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 429 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 429 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 429 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 429 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 429 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 429 baxış
Seçilmişlər
icon