Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub | Paşinyan
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir”.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Paşinyanın sözlərinə görə, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edir.
O həmçinin vurğulayıb ki, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək.
Baş nazirin sözlərinə görə, Ermənistan ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində nəqliyyat yollarını açmağa hazırdır.
Bundan əlavə, Paşinyan yaxın zamanda Azərbaycanla sülhün qeyri-mümkün olması iddiası ilə razılaşmadığını da açıqlayıb.
“Ermənistanla Azərbaycan arasında sülh üçün çox mühüm təməllər qoyulub. İki ölkə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa mahiyyətcə razılaşıblar. Bu, üfüqdə görünməli olan reallıqdır. Üstəlik, bu fakt sülh sazişi layihəsinin razılaşdırılmış maddələrində bir daha təsdiqlənib. Bu yazılarda hər iki tərəfin bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə belə tələblər irəli sürməmək üçün qarşılıqlı öhdəlik götürdükləri açıq şəkildə ifadə edilir”, – deyə o qeyd edib.
Nikol Paşinyan Ermənistanın sülh sazişinə daim diqqət yetirməklə bu qazancları qorumağa çalışdığını söyləyib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
