Ermənistanla İran arasında regiondakı vəziyyətlə bağlı vacib müzakirə
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Tərəflər sazişlərin icrasının gedişi barədə danışıblar. Paşinyan və Rəisi regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.
Qeyd edək ki, “3+3” formatı Rusiya, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur. Qrupun ilk iclası 2021-ci ilin dekabrında Moskvada beş ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Beş ölkənin nazirlərinin iştirakı ilə keçirilən digər görüş isə 2023-cü ilin oktyabrında İranda baş tutub. Növbəti görüş 2024-cü ildə Türkiyədə olacaq.
#İbrahim Rəisi teqi istifadə olunub
- Əli Şamxani Rəisinin ölümündə sui-qəsd cəhdini mümkün hesab edir
- Rəisinin düşdüyü helikopter qəzasının əsas səbəbi bu imiş
- İran Silahlı Qüvvələrinin Baş Qərargahından Rəisinin ölümü ilə bağlı vacib açıqlama
- Rəisinin ölümü barədə sensasiyalı xəbər | Xanımı kimə od püskürdü?
- İran kəşfiyyatından təcili məlumat | Ölkədəki ölümcül atışmaların bilinməyənləri
