Ermənistanla İranı birləşdirən nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra içüzü aşkara çıxan İran bütün təbliğat vasitələrini işə salaraq ölkəmizə qarşı sərgilədiyi qısqanc mövqeyini və xain münasibətini kəskinləşdirdi. Məhz bundan sonra 44 günlük müharibədə məğlub olan Ermənistanla daha da yaxınlaşdı.
Elə ordusu darmadağın edilən İrəvan da Tehranın bu qucaq açmasından məmnun görünür. Uzun illər Rusiyanın arxasında gizlənərək Cənubi Qafqazda işğalçılıq siyasəti aparan ermənilər indi üzlərini İrana çeviriblər. Paşinyandan sonra ölkənin “Vətən” partiyasının lideri Artur Vanetsyan da molla rejiminin bu qardaşlığından ağız dolusu danışıb.
O, İranın “Şərq” qəzetinə müsahibəsində bildirib ki, biz dost və qardaş İranın bütün səylərini yüksək qiymətləndiririk. Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydir, o zaman regionda indiki çətin vəziyyət yaranmazdı.
Baku TV dini, tarixi, mədəni keçmişi olmayan və hansı işbirliyinə hesablandığı bilinməyən bu qardaşlıq mövzusu ilə bağlı rusiyalı politoloqların fikirlərini öyrənib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
