Pleyeri seçin:

Ermənistanla sərhədlər açılacaq? - Paşinyan məqsədləri açıqladı

26 oktyabr 2023 320 baxış

“Bizim iki qonşumuzla yollarımız bağlıdır. Yollar olmadan sülhə nail olmaq çətindir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 26-da Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

N.Paşinyan bildirib ki, Cənubi Qafqazda sülhə ehtiyac var:

“Bizim hökumətimiz sülh gündəliyinin vacib hissəsi olaraq “Sülh Kəsişmələri” layihəsini təqdim edir. Bu layihənin mahiyyəti avtomobil yollarının, dəmir yollarının, kəmərlərin, telekommunikasiyaların, eləcə də elektrik xətlərinin yenidən qurulması və tikilməsi yolu ilə Ermənistan Türkiyə, Azərbaycan və İran arasındakı əlaqəni inkişaf etdirməkdir.

İrəvan və Bakı Ermənistanın 29 800 kvadratkilometr olmaqla, Azərbaycanın isə 86 600 kvadratkilometr olmaqla ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb.

Azərbaycan və Ermənistan Alma-Ata Bəyannaməsini imzalayan 12 ölkə arasında olub və bu bəyanatı imzalayan tərəflər kimi Azərbaycan və Ermənistan da bir-birinin ərazi bütövlüyünü, suverenliyini, inzibati sərhədlərinin toxunulmazlığını qəbul edib. Ümid edirik ki, bu prinsiplər əsasında qarşıdakı aylarda biz Azərbaycanla sülh və əlaqələrin bərpası üzrə razılaşmaları imzalayacağıq”.

Nikol Paşinyan onu əlavə edib ki, bəyanatın imzalanmasından sonra Sovet İttifaqı respublikaları arasındakı inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 320 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 320 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 320 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 320 baxış
Seçilmişlər
icon