Pleyeri seçin:

Fariz İsmayılzadə Böyük Britaniyada mühüm görüşlər və tədbirlərdə iştirak etdi

24 yanvar 2025 604 baxış

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Fariz İsmayılzadə yanvarın 17-dən 21-dək Londonda işgüzar səfərdə olub.

Səfər çərçivəsində o, ikitərəfli əlaqələrin və Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra mühüm görüş və tədbirlərdə iştirak edib.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

Fariz İsmayılzadə Böyük Britaniya parlamentində keçirilən "COP29 və iqlim dəyişikliklərinə dair təşəbbüslər: Qeyri-müəyyənlik ilində düşüncələr" mövzusunda panel müzakirəsində iştirak edib.

Millət vəkili COP29 zamanı Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışaraq ölkəmizin qlobal iqlim təşəbbüslərinə sadiqliyini vurğulayıb.

Fariz İsmayılzadə Böyük Britaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə də görüşüb. Görüşlərdə qlobal təhlükəsizlik, regional inkişaf və Azərbaycanın beynəlxalq çağırışların həllindəki rolu müzakirə olunub.

Millət vəkili ölkəmizin Böyük Britaniyadakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan tədbirdə iştirak edərək Qanlı Yanvar hadisələri haqqında ətraflı məlumat verib.

Həmçinin Fariz İsmayılzadə Varvik Universitetinin nümayəndələri ilə görüşərək Azərbaycan universitetləri ilə akademik və elmi tədqiqat sahəsində əməkdaşlığın inkişaf imkanlarını müzakirə edib.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 604 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 604 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 604 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 604 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 604 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 604 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 604 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 604 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 604 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 604 baxış
Seçilmişlər
icon