Fazil Mustafadan təklif: Qarabağda küçəyə Vanyan adı veriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“21 sentyabr gününü yəqin ki, xatırlayırsınız. İlham Əliyev uzaqgörən bir siyasətçi olduğunu bir daha ortaya qoydu. Çıxışında xüsusi olaraq vurğuladı ki, biz heç vaxt erməni xalqını ittiham etmədik, biz bu xalqı fəlakətə sürükləyən və bizim xalqa qarşı vəhşiliklər törətmiş erməni terrorçularını, separatçılarını, onları himayə edən xarici qüvvələri ittiham etmişik. Bu gün də gördüyümüz kimi, terrorçuları, separatçıları həbs edirik, cəzalandırmağa hazırlaşırıq, ancaq Qarabağda yaşamış erməni xalqına yaşamaq üçün hər cür hüquqi təminat verdiyimizi bildiririk”.
Bu sözləri millət vəkili Fazil Mustafa deyib. Prezidentin sözlərini xatırladan deputat bildirib ki, Qarabağda küçələrdən birinə Georgi Vanyan adı verilməsi dipomatiyamız üçün faydalı ola bilər.
“Xatırlayırsınızsa, Ermənistanda bir ictimai xadim vardı: Georgi Vanyan. Onu xeyli əziyyətlər verərək “COVID-19” pandemiyası dövründə Tiflisdə müalicə aldığı xəstəxanada müəmmalı şəkildə öldürdülər. Hökumət və cəmiyyət səviyyəsində çox əziyyətlər verdilər. Səbəb bu idi ki, adam Ermənistanı işğalçı dövlət, Qarabağdakı addımları da separatçılıq kimi qiymətləndirir və oradakı terrorçu xuntaya qarşı açıq bəyanatlar verirdi.
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iki xalq arasında müharibənin öz millətindən olan səbəbkarlarını ittiham edirdi. Əslində ermənilərin içində bəlkə də ən uzaqgörən adam sayıla bilərdi. Erməni mühitində bu cür cəsur fikirləri açıq şəkildə duyurmaq böyük bir cəsarət tələb edən bir xarakterdən xəbər verir” – millət vəkili əlavə edib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
