Fransa Ermənistanı alət kimi istifadə edir | Ekspertlər danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar Ermənistanın mövqelərimizi atəşə tutması, İrəvanın öz cəbbəxanasını durmadan gücləndirməsi sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli situasiyanı toksikləşdirmək cəhdlərindən xəbər verir.
Bütün bunları Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlıq mərhələsi kimi dəyərləndirənlər də var.
Millət vəkili Tural Gəncəliyev bildirib ki, burada əsasən Fransanın Ermənistandan manipulyasiya vasitəsi kimi istifadə edərək Azərbaycana, Cənubi Qafqaza qarşı atdığı destruktiv addımdan danışmaq lazımdır:
“Bu cür silahlanma Cənubi Qafqazda sülhü təhlükə altına qoyur. Məsələ bundan ibarətdir ki, Fransanın Ermənistanı silahlandırması təkcə Azərbaycanla əlaqəli deyil, bu, regionda olan digər ölkələrə qarşı, onların milli maraqlarına qarşı çox ciddi şəkildə təhdid, birbaşa təhlükə yaradır.
Məsələn, Fransanın Ermənistanı silahlandırması Fransanın əsas strateji rəqibi olan Rusiya və Türkiyəyə qarşı çox ciddi təhlükədir. Bu, Cənubi Qafqazı yeni bir müharibəyə sürükləyəcək addımdır. Hesab edirəm ki, bizim ölkəmiz konstruktiv və praqmatik addımlarla Ermənistanın bu siyasətinin qarşısını almağa qadir ölkədir”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
