Fransadan bunu tələb edirik | Milli Məclisdən mühüm bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisdə yaradılan Korsika xalqına dəstək qrupu bəyanat yayıb.
Bəyanatda deyilir:
“2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib.
Hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblər başlayıb. Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb.
Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir.
Milli Məclisdə yaradılan Korsika xalqına dəstək qrupu olaraq:
– Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;
– Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik;
– Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır;
– Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik”.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
