Fransalı səfirdən Azərbaycanla bağlı şər dolu paylaşım | Ermənistanda nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının Ermənistandakı missiyasının binokullu müşahidəçilərinin sırasına Fransanın İrəvandakı səfiri də qoşulub.
Belə ki, fransalı diplomat Olivye Dekottini və ölkənin deputatları Martuni rayonuna, Ermənistanla Azərbaycanın şərti sərhədinə yollanıblar. Avropa İttifaqının mülki missiya adı ilə təqdim edilən agentləri kimi əllərinə binokl alaraq qarşı tərəfi, yəni Azərbaycan ərazilərini izləməyə başlayıblar.
Faktla bağlı elə fransalı səfir özü paylaşım edib, sözügedən ərazidən çəkilən şəkilləri “X” hesabında yerləşdirib.
Bu azmış kimi, Olivye Dekottini elə həmin sosial şəbəkə səhifəsində ölkəmizə qarşı təxribatçı paylaşım da edib. Bildirilib ki, guya Azərbaycan beynəlxalq hüququ pozaraq 100 min ermənini ölkədən qovub və onların geri qayıtmasına şərait yaratmır.
Avropa İttifaqının Ermənistandakı missiyasının da “X” hesabında paylaşım edilərək vurğulanıb ki, “Biz ərazidəki fəaliyyətimiz və Zod qızıl mədəni ətrafında təhlükəsizliklə bağlı məlumatları paylaşdıq”.
Bir daha görünür ki, missiyanın əsas fəaliyyəti regionda təşviş yaratmaq, sabitliyi pozmaq, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması prosesini bacardıqları qədər uzatmaqdan ibarətdir.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
