Pleyeri seçin:

Gələn il dünyada keçiriləcək seçkilərin mümkün nəticələri

20 dekabr 2023 129 baxış

“2024-cü ildə bir çox ölkələrdə keçiriləcək seçkilər dünyanın artıq vərdiş etdiyimiz simasını dəyişə bilər. Gələn il dünya əhalisinin yarıdan çoxunun yaşadığı ölkələrdə seçkilər baş tutacaq. Həmin ölkələrdə 4 milyarddan çox əhalinin yaşadığını nəzərə alsaq, sözügedən seçkilər dünyada bir sıra yeniliklərə yol aça bilər”.

Bu barədə “CNN”in analitiki Devid Andelman yazıb. Onun məqaləsi bir çox aparıcı media orqanlarının, eyni zamanda televiziya kanalının əsas mövzusuna çevrilib.

Seçkilərin keçiriləcəyi ölkələr sırasında Banqladeş, Hindistan, Rusiya, Avropa İttifaqı, ABŞ, CAR, İndoneziya, Pakistan, Meksika, Tayvan və digərləri qeyd edilib. Bu ölkələrdəki seçkilərin dünyanın simasını dəyişə biləcəyi ehtimalının olduğu vurğulanıb.

Rusiyaya gəldikdə isə Vladimir Putinin gələn ilin martında keçiriləcək seçkilərdə əsas favorit olduğu qeyd edilib. Onun mümkün rəqibinin Aleksey Neçayev ola biləcəyi bildirilib. V.Putinin yenidən prezident seçilməsinin isə növbəti illərdə dünyada qüvvələr balansına əhəmiyyətli dərəcədə təsir edə biləcəyi vurğulanıb.

ABŞ-də keçiriləcək seçkilərdə Donald Trampın qələbə qazanması ABŞ-də və bütün dünyada demokratiyanın əsaslarına zərbə endirə bilər. D.Trampın qələbəsi NATO və ABŞ-nin ümumi ritorikasına güclü təsir edəcək.

Bir sözlə, 2024-cü ildə baş tutacaq seçkilərin dünyada bir sıra dəyişikliklərə yol aça biləcəyi vurğulanıb.

Xatırladaq ki, gələn il fevralın 7-si Azərbaycanda da növbədənkənar prezident seçkiləri keçiriləcək.

Banner
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 129 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 129 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 129 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 129 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 129 baxış
Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan

Siyasət
27 oktyabr 2026 129 baxış
Seçilmişlər
icon